2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Azərbaycanın regionlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayının illik müqayisədə artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə dövlət sektorunda çalışanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% və ya 17 062 nəfər azalıb. Lakin bir sıra rayon və şəhərlərdə artım qeydə alınıb.
Renkinqə Xankəndi şəhəri başçılıq edir. Şəhərdə dövlət işçilərinin sayı ötən illə müqayisədə rekord həddə – 313,6% və ya 552 nəfər artıb.
İkinci yerdə Xocalı rayonu qərarlaşıb – burada artım 8,0% və ya 90 nəfər olub.
Naxçıvan şəhəri 6,6% və ya 1 217 nəfər artım tempi ilə üçüncü sırada yer alıb. Samux rayonunda isə artım 6,3% və ya 242 nəfər təşkil edib və dördüncü olub.
Digər rayonlardakı artım göstəriciləri aşağıdakı kimidir:
Ağstafa rayonunda 6,2% və ya 341 nəfər artım qeydə alınıb. Şabran rayonu 6,0% və ya 212 nəfər artımla siyahıda yer alıb.
Ucar rayonunda artım 5,0% və ya 231 nəfər olub. Kəngərli rayonu 4,0% və ya 65 nəfər artım nümayiş etdirib.
Ordubad rayonunda 3,8% və ya 86 nəfər, Salyan rayonunda 2,9% və ya 240 nəfər, İmişli rayonunda isə 2,8% və ya 173 nəfər artım olub.
Siyahıda həmçinin Sumqayıt şəhəri (2,0% və ya 529 nəfər), Qusar rayonu (1,8% və ya 105 nəfər) və Quba rayonu (1,4% və ya 128 nəfər) yer alıb.
Siyahını cüzi artımla Mingəçevir şəhəri (0,5% və ya 42 nəfər) və Abşeron rayonu (3 nəfər) tamamlayır.










