2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Azərbaycanın şəhər və rayonlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə dövlət sektorunda çalışanların ümumi sayı 863 192 nəfər təşkil edib.
Renkinqə Bakı şəhəri başçılıq edir. Paytaxtda dövlət sektorunda çalışanların sayı 394 897 nəfər qeydə alınıb.
İkinci yerdə Sumqayıt şəhəri qərarlaşıb – burada göstərici 27 011 nəfər olub.
Gəncə şəhəri 25 299 nəfər göstərici ilə üçüncü sırada yer alıb. Naxçıvan şəhərində isə bu rəqəm 19 765 nəfər təşkil edib və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Şəki rayonunda 14 031 nəfər dövlət işçisi qeydə alınıb. Abşeron rayonu 13 559 nəfər göstərici ilə altıncı yerdə qərarlaşıb.
Lənkəran rayonunda say 12 624 nəfər olub. Ağdam rayonu 11 464 nəfər həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu Şəmkir rayonu (11 302 nəfər) və Tovuz rayonu (10 371 nəfər) tamamlayır.










