2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Azərbaycanın şəhər və rayonlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayı üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi rayonlarda bu rəqəm digərlərinə nisbətən az olub.
Siyahının bu hissəsində Cəbrayıl rayonu 2 906 nəfər göstərici ilə yer alıb.
Culfa rayonunda dövlət işçilərinin sayı 2 583 nəfər təşkil edib.
Ordubad rayonu 2 344 nəfər göstərici ilə növbəti sırada qərarlaşıb. Qobustan rayonunda isə bu rəqəm 2 330 nəfər olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Qubadlı rayonunda 2 214 nəfər, Şahbuz rayonunda 1 911 nəfər dövlət işçisi qeydə alınıb.
Şuşa rayonunda say 1 850 nəfər olub. Zəngilan rayonu 1 799 nəfər həcmlə siyahıda yer alıb.
Kəngərli rayonunda 1 683 nəfər, Xızı rayonunda isə 1 447 nəfər çalışır.
Naftalan şəhəri 1 306 nəfər, Xocavənd rayonu 1 253 nəfər, Xocalı rayonu isə 1 218 nəfər göstərici ilə sıralanıb.
Xankəndi şəhərində 728 nəfər, Sədərək rayonunda 635 nəfər dövlət işçisi var.
Siyahının son pilləsini ən aşağı nəticə ilə Ağdərə rayonu (91 nəfər) tamamlayır.










