2025-ci ildə Azərbaycanın regionlarında adambaşına düşən investisiya qoyuluşunun həcmində müşahidə olunan kəskin artım dinamikası açıqlanıb.
- Adambaşına investisiyaların məbləğinin artıb-azaldığı - RAYONLARIN VƏ ŞƏHƏRLƏRİN BÖLGÜSÜ (2024/2025)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir çox rayon və şəhərdə əvvəlki illə müqayisədə investisiya axını əhəmiyyətli dərəcədə yüksələrək rekord həddə çatıb.
Siyahıya ən yüksək artım göstəricisi ilə Tovuz rayonu rəhbərlik edir. Belə ki, bu rayonda adambaşına investisiya 28 manatdan 384 manata yüksələrək 356 manat, yəni 13,7 dəfə artıb.
Xızı rayonunda göstərici 11 dəfə artaraq 2 817 manatdan 31 090 manata çatıb (28 273 manatlıq artım). Qobustan rayonunda isə 10,2 dəfəlik artımla (19 manatdan 198 manata) 179 manatlıq yüksəliş qeydə alınıb.
Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:
Lerik rayonunda adambaşına investisiya 84 manat və ya 4,8 dəfə artaraq 22 manatdan 106 manata çatıb.
Gəncə şəhərində 1 209 manatlıq və ya 4,5 dəfəlik artımla göstərici 343 manatdan 1 552 manata yüksəlib.
Xankəndi şəhərində 62 091 manatlıq və ya 4 dəfəlik artımla investisiya 20 620 manatdan 82 711 manata çatıb.
Oğuz rayonunda 516 manatlıq və ya 3,9 dəfəlik artımla göstərici 176 manatdan 692 manata yüksəlib.
Gədəbəy rayonunda 580 manatlıq və ya 3,4 dəfəlik artımla investisiya 238 manatdan 818 manata çatıb.
Siyahıda davam edən digər bölgələr üzrə artım aşağıdakı kimidir: Beyləqan rayonunda 81 manatlıq (3,3 dəfə), Astara rayonunda 887 manatlıq (3,1 dəfə), Xocalı rayonunda 7 702 manatlıq (2,9 dəfə), Hacıqabul rayonunda 1 271 manatlıq (2,5 dəfə), Şirvan şəhərində 1 917 manatlıq (2,4 dəfə), Ağdaş rayonunda 565 manatlıq (2,3 dəfə), Daşkəsən və Şəki rayonlarında isə müvafiq olaraq 689 manatlıq və 357 manatlıq (hər ikisində 2,2 dəfə) artım qeydə alınıb.











