2024-cü ildə Azərbaycanda 15 min 942 iş yeri bağlanıb.
FED.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə bu 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7% çoxdur.
Siyəzəndə 2023-cü ildə 23 iş yeri bağlanmışdısa 2024-cü ildə 1 iş yeri bağlanıb. Laçında isə son bir il ərzində bu göstərici 78-dən 5-ə düşüb. İl ərzində 15,6 dəfə (73 iş yeri) azalma baş verib.
Şamaxıda isə son bir il ərzində 2023-cü ilə nəzərən 242 az iş yeri fəaliyyətini dayandırıb (10,7 dəfə azalma). 2024-cü ildə bağlanmış iş yerlərinin sayı 25-ə düşüb.
Goranboyda iş yerlərinin bağlanması illik 4,9 dəfə (274 yer), Qəbələdə 4,5 dəfə (249 yer), Xocalıda 3 dəfə (4yer) zəifləyib.
Zərdab ərazisində 11 iş yerinin fəaliyyətinə son verilib ki, bu da il ərzində 2,7 dəfə (19 yer) azalma deməkdir.
Xaçmazda son bir il ərzində bağlanmış iş yerlərinin 2,3 dəfə (60 yer), Cəlilabadda isə 2,2 dəfə (469 yer) azalma baş verib.