2025-ci ilin yekunlarına əsasən, Azərbaycana səfər edən Yaxın Şərq ölkələri turistlərinin sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə Yaxın Şərq ölkələrindən ( say 16 ölkə götürülməklə) gələn turistlərin sayı 757 min 930 nəfər təşkil edib.
Siyahıya Türkiyə başçılıq edir. Qardaş ölkədən Azərbaycana gələn turistlərin sayı 455 min 829 nəfər təşkil edib.
İkinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb – bu ölkədən gələn qonaqların sayı 104 min 364 nəfər olub.
İsrail 69 min 124 nəfər göstərici ilə üçüncü sırada yer alıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə 43 min 821 nəfər turistlə dördüncü olub.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Küveytdən gələn turistlərin sayı 26 min 371 nəfər, Omana məxsus göstərici isə 16 min 233 nəfər təşkil edib.
Siyahının son pillələrini İordaniya (10 min 718 nəfər) və Misir (8 min 705 nəfər) tamamlayır.










