2025-ci ilin göstəricilərinə əsasən, Azərbaycandan xarici ölkələrə köçürülən vəsaitlərin həcmi üzrə lider ölkələr məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə ən böyük pul axını Rusiya və Türkiyə istiqamətində qeydə alınıb.
Renkinqə Rusiya Federasiyası başçılıq edir. Bu ölkəyə köçürülən vəsaitin həcmi 410 milyon 718 min manat təşkil edib.
İkinci yerdə Türkiyə qərarlaşıb – burada göstərici 130 milyon 332 min manat olub.
Amerika Birləşmiş Ştatları 47 milyon 981 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Digər dövlətlər" kateqoriyası üzrə isə 39 milyon 575 min manat həcm qeydə alınıb və dördüncü olub.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Gürcüstana 26 milyon 574 min manat vəsait köçürülüb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 25 520 min manat göstərici ilə altıncı yerdə qərarlaşıb.
Birləşmiş Ərəb Əmirlikləri 23 milyon 309 min manat göstərici ilə siyahıda yer alıb. Almaniyada bu rəqəm 18 625 min manat olub.
Qazaxıstan 17 milyon 794 min manat həcmlə doqquzuncu sıradadır. Siyahının ilk onluğunu Səudiyyə Ərəbistanı (14 milyon 953 min manat) tamamlayır.
Siyahının sonrakı pillələrində Avstriya (12 milyon 414 min manat) və İsrail (10 milyon 846 min manat) yer alıb.










