2025-ci ilin göstəricilərinə əsasən, xarici ölkələrdən Azərbaycana köçürülən vəsaitlərin həcmi üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi ölkələrdən ölkəmizə pul axını digərlərinə nisbətən az olub.
Siyahının bu hissəsində İtaliya 2 milyon 103 min manat göstərici ilə yer alıb.
Küveytdən köçürülən vəsaitin həcmi 2 milyon 602 min manat təşkil edib.
Sinqapur 2 milyon 622 min manat göstərici ilə növbəti sırada qərarlaşıb. Çexiyadan isə bu rəqəm 2 milyon 820 min manat olub.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Belarusdan 3 milyon 269 min manat, Qırğızıstandan 3 milyon 504 min manat vəsait daxil olub.
Polşa 3 milyon 626 min manat göstərici ilə siyahıda yer alıb. Kanadadan daxilolmalar 3 milyon 964 min manat təşkil edib.
Niderland Krallığı 4 milyon 790 min manat həcmlə sıralanıb.
Siyahını Litva (4 milyon 793 min manat) tamamlayır.









