“Atəşgah” Sığorta Şirkəti ilk 9 ayda 48 milyon 677 min manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, şirkətin yığımları illik müqayisədə 1 milyon 705 min manat (3,6%) artıb.
Ötən il yığımlar 46 milyon 972 min manat idi.
Ödənişlər isə 12 milyon 77 min manat (70%) artaraq 29 milyon 471 min manat olub. Ötən il ödənişlər 17 milyon 394 min manat olmuşdu.












