Astara rayonunun sənayesinin əsasını qida məhsulları istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir. Bu ilin üç ayında rayonda fəaliyyət göstərən sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,9 faiz artaraq 5353,5 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR / ŞƏHƏRLƏR - TAM SİYAHI
FED.az "azərtac"a istinadən xəbər verir ki, sənaye məhsulunun 21,5 faizi emal, 77,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Bu müddətdə sənayedə qeyri-dövlət sektorunun payı 21,5 faiz olub. Ümumi istehsalın 83,0 faizi sənaye məhsulunun istehsalı, 17,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehlakçılara 5210,1 min manatlıq məhsul göndərilib və sənaye xidmətləri göstərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 203,2 min manatlıq hazır məhsul olub. Emal sənayesində 1148,4 min manatlıq məhsul istehsal olunub və əhaliyə sənaye xarakterli xidmətlər göstərilib.
Diqqətə çatdırılıb ki, sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 470 nəfər təşkil edib. Onlardan 99 nəfəri emal, 265 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 106 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Sənayedə işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 478,8 manata çatıb.