2025-ci il üzrə Azərbaycanda adambaşına düşən ictimai iaşə dövriyyəsinin ən aşağı olduğu rayonların siyahısı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhalinin iaşə obyektlərinə xərclədiyi vəsaitə görə son pillələrdə qərarlaşan bölgələrdə bu rəqəmlər minimum həddədir.
Reytinqə işğaldan azad olunmuş rayonlar nəzərərə alınmadan ən sondan, yəni 56-cı pillədən başladıqda ən aşağı göstəricinin 24 manatla Daşkəsən rayonunun payına düşdüyü məlum olur. Cədvəldə yuxarıya doğru irəlilədikcə 55-ci yerdə 30 manatla Lerik rayonu, 54-cü pillədə isə 46 manatla Şəmkir rayonu qərarlaşıb. Ardıcıllığa əsasən, növbəti yerlərdə Sabirabad rayonunda 50 manatlıq, Beyləqan və Ağstafa rayonlarında 52 manatlıq göstərici qeydə alınıb.
Siyahının davamında 50-ci və 49-cu yerləri 54 manatla Şəki və Qazax rayonları bölüşür. İmişli rayonunda adambaşına 55 manatlıq, siyahının ən yuxarı pilləsində isə Tərtər rayonunda 56 manatlıq iaşə dövriyyəsi qeydə alınıb.











