2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında adam başına düşən əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə işğaldan azad edilmiş ərazilər və sənaye zonaları investisiya qoyuluşuna görə liderlik edib.
Renkinqə Xankəndi şəhəri başçılıq edir. Şəhərdə adam başına 34 130 manat investisiya qeydə alınıb.
İkinci yerdə Xızı rayonu qərarlaşıb – burada göstərici 27 304 manat olub.
Şuşa rayonu 10 984 manat göstərici ilə üçüncü sırada yer alıb. Kəlbəcər rayonunda isə bu rəqəm 10 843 manat olub və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Zəngilan rayonunda 8 046 manat nəticə qeydə alınıb. Xocavənd rayonu 6 084 manat göstərici ilə altıncı yerdə qərarlaşıb.
Qubadlı rayonunda göstərici 5 696 manat olub. Xocalı rayonu 5 475 manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu Laçın rayonu (4 281 manat) və Cəbrayıl rayonu (3 220 manat) tamamlayır.











