2024-cü illə müqayisədə 2025-ci ildə Azərbaycanın rayon və şəhərlərində adambaşına düşən pərakəndə ticarət dövriyyəsində müşahidə olunan artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhalinin alıcılıq qabiliyyətinin və ticarət aktivliyinin yüksəldiyi bir sıra regionlarda artım tempi kifayət qədər yüksək olub.
Təqdim olunan statistikaya əsasən, siyahıda ən yüksək artım göstəricisi Masallı rayonuna məxsusdur; burada adambaşına düşən ticarət dövriyyəsi 2 507 manatdan 2 991 manata yüksələrək 485 manat, yəni 19,3 faiz artıb.
İkinci pillədə 17 faizlik artımla Sumqayıt şəhəri qərarlaşıb ki, bu da adambaşına düşən dövriyyənin 4 410 manatdan 5 162 manata (752 manatlıq artım) çatması deməkdir.
Naxçıvan Muxtar Respublikasında göstərici 2 575 manatdan 2 892 manata (317 manat və ya 12,3 faiz), Abşeron rayonunda isə 3 355 manatdan 3 750 manata (396 manat və ya 11,8 faiz) yüksəlib.
Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:
Bərdə rayonunda adambaşına dövriyyə 9,4 faiz və ya 414 manat artaraq 4 398 manatdan 4 812 manata çatıb.
Bakı şəhərində 9,2 faizlik və ya 1 472 manatlıq artımla göstərici 16 058 manatdan 17 530 manata yüksəlib.
Lerik rayonunda 128 manatlıq (8,9 faiz) artım qeydə alınıb.
Zaqatala rayonunda adambaşına ticarət dövriyyəsi 8,3 faiz və ya 190 manat artaraq 2 298 manatdan 2 488 manata çatıb.
Qazax rayonunda 262 manatlıq (8,1 faiz) yüksəlişlə göstərici 3 481 manata çatıb.
Lənkəran rayonunda isə 250 manatlıq və ya 7,1 faizlik artımla dövriyyə 3 504 manatdan 3 755 manata yüksəlib.











