Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.
Eləcə də bax: “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin məbləği məlum olub
FED.az xəbər verir ki, fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 1 672 928 manat, borc öhdəliklərinin qarşılanması üçün 123 941,74 manat, tibbi xərclərin ödənilməsi üçün 122 014,52 manat, təhsil xərclərinin ödənilməsi 30 940,99 manat xərclənib.
Eyni zamanda evin təmiri üçün 1 660 920 manat, bank borcları üçün 108 838,48 manat, tibbi cihaz alınması üçün isə 47 270,80 manat vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 27 610 701,33 manat toplanıb. Həmin vəsaitin 11 176 564,78 manatı xərclənib. Vəsaitin qalığı isə 25 812 967,82 manatdır.
Həmçinin fond tərəfindən bu günədək 1 624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Fond tərəfindən indiyədək 2 725 şəhid ailəsi ziyarət olunub, 149 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 11 708-dir.