Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
FED.az xəbər verir ki, indiyədək fondda 27 610 701,33 manat toplanıb.
Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 11 176 564,78 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 11 176 564,78 manatı xərclənib. Vəsaitin qalığı isə 25 812 967,82 manatdır.