Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobilllə təmin olunacaqlar.
Eləcə də bax: Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlə bağlı nazirlikdən - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.
B.Hüseynov əlavə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib. (Trend)