Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.
Eləcə də bax: Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar - Buraxacaq
Sənədə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək Fondun hüquqları sırasına daxil edilib.