Qarabağ Dirçəliş Fondu bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq təkliflər hazırlayacaq.
Eləcə də bax: Yeni Fondun nizamnamə fondu 1 milyon manat olacaq - FƏRMAN
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.
Qarabağ Dirçəliş Fondunun vəzifələri sırasına bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədilə vəsait toplanması üçün ölkə daxilində və ölkə xaricində təşviqat işi aparmaq, çevik kommunikasiyalar qurmaqla, işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək və bu işə dövlət orqanlarını (qurumlarını), habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb etmək, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləmə, bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin, nəqliyyat infrastrukturunun layihələndirilməsi və inşası üçün müqavilələrin bağlanmasında iştirak etmək, investisiya layihələrinin seçilməsini, idarə edilməsini və həmin layihələrin icrasına nəzarəti həyata keçirmək, Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək və digər formada, o cümlədən innovativ maliyyə alətlərindən istifadə etməklə, sərmayələrin cəlb olunması üzrə fəaliyyət göstərmək, Azərbaycan Respublikasının və xarici ölkələrin qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq etmək, onlarla birgə layihələr həyata keçirmək, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən, habelə digər mənbələrdən cəlb edilən vəsaitdən səmərəli şəkildə istifadə etmək, dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmə də daxildir.