Şuşa şəhərində dəniz səviyyəsindən 1 406 metr hündürlükdə yeni su anbarı tikilir.
İşğaldan azad edilmiş rayonlara – BİR İLDƏ 4 MİLYARD MANAT YATIRILIB
FED.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisi layihəsi çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə şəhərə təşkil edilən səfər zamanı deyib.
O qeyd edib ki, yeni anbar bu ilin sonuna kimi istifadəyə veriləcək:
"Anbar iki hissədən ibarətdir və hər birinin həcmi 1 000 kubmetrdir. Anbar vasitəsilə suyun optimal idarəetməsi və dayanıqlılığı təmin edilir. Anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq. Bu anbar baş verən istənilən qəza zamanı şəhərin su təchizatının fasiləsiz davam etməsini təmin edəcək".