2022-ci ildə Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına 4 milyarl manaat yaxın vəsait yatırılıb.
«Azad edilmiş ərazilərdə istənilən sahibkar çalışa bilər, hamını dəvət edirik» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu ölkə üzrə ümumi kapital qoyuluşunun beşdə birindən artıqdır.
Xatırladaq ki, 2022-ci ildə ölkəyə ümumilikdə 18,3 milyard manat vəsait yatırılıb. Bunun 10,2 milyard manatı Bakı şəhərinə sərf edilib.
Başqa sözlə, Bakı şəhərini çıxmaqla, ölkənin bütün digər ərazilərinə yatırılan vəsaitlərin təqribən yarısı işğaldan azad edilən ərazilərə yatırılıb.
2022-ci ildə bu ərazilərdə ən çox yatırım edilən Zəngilan rayonu olub – 730 milyon manat.
2022-ci ildə Zəngilana yatırılan pullar 2021-ci illə müqayisədə 3,4 dəfə və ya 516 ilyon manat artıb.
Yatırımların həcminə görə ikinci yeri Şuşa şəhəri tutub – 682 milyon manat. 2021-ci illə müqayisədə 2022-ci ildə Şuşaya yatırılan vəsaitlər 381 milyon manat və ya 2,3 dəfə artıb.
Ötən il Cəbrayıla 613 milyon manat kapital qoyuluşu baş verib. Bu əvvəlki illə müqayisədə 386 milyon manat və ya 2,7 dəfə artıqdır.
Füzuliyə isə 2022-ci ildə yatırılan vəsaitlər 2021-ci illə müqayisə azalsa da, yenə də böyük məbləğ təşkil edir – 550 milyon manat. Əvvəlki illə müqayisədə azalma 124 milyon manat və ya 18% olub.
Ötən il Kəlbəcər rayonuna 365 milyon vəsait yatırılıb. Bu 2021-ci illə müqayisədə 158 milyon manat və ya 76% artıqdır.
Ağdamda görülən işlərə isə 330 milyon manata yaxın vəsait sərf edilib. 2021-ci illə müaqayisədə bu vəsait 184 milyon manat və ya 2,3 dəfə artıb.
Laçın rayonuna 2022-ci ildə 277 milyon manta kapital qoyulub. 2021-ci illə müqayisədə bu vəsiaitlər 159 milyon manat və ya 2,3 dəfə artıqdır.
Qubadlı rayonunda görülən işlərə təqribən 172 milyon manat vəsait xərclənib. 2021-ci illə müqayisədə 62 milyon manat və ya 56% artıqdır.
Təqribən 170 milyon manat vəsait isə Xocavənd rayonuna yatırılıb, bu əvvəlki illə müqayisədə 73 milyon manat və ya 75% artıqdır.
Ümumilikdə sözügedən rayonlara 3 milyard 889 milyon manat vəsait yatırılıb.