Şuşada 2024-cü ildə ictimai iaşə dövriyyəsi 6 milyon 553 min manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü illə müqayisədə 3 milyon manat 165 min manat və ya 2,1 dəfə artıb.
2023-cü ildə rayonda ictimai iaşə dövriyyəsi 3 milyon 165 min manat olub.
Qeyd edək ki, ötən ilin nəticələrinə görə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat təşkil edib. Məlumata görə ölkənin kafe və restoranlarının dövriyyəsi illik müqayisədə 332,8 milyon manat (16,3%) artım baş verib.