“2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.
Eləcə də bax: Şuşaya dəmir yolu - Çəkiləcək
FED.az xəbər verir ki, bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.
Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliknika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq. (Report)