"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.
Eləcə də bax: Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası - Başlayıb
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir.
“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib. (Report)