Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının əl qumbara atılması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında qeyd olunub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanıb.