Şuşa şəhəri yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu bloklposta qumbara atan erməni terrorçunun kimliyi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, həmin şəxs 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.
***
Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.
Eləcə də bax: Ermənistan dövlət sərhədində növbəti təxribata - CƏHD EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib. Videodan göründüyü kimi heç bir hərbçimiz ağır xəsarət almayıb.
Artıq hadisəni törədən erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.