Banner

Qarabağ

Rusiya sülhməramlılarını daşıyan daha - 18 Təyyarə İrəvana Enib

Rusiya sülhməramlılarını daşıyan daha - 18 Təyyarə İrəvana Enib | FED.az
11:40 16 Noy 2020

Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin daha 18 İl-76 hərbi-nəqliyyat təyyarəsi İrəvanda aerodroma enib.

Eləcə də bax: Rusiya Qarabağda səlahiyyətlərini aşmağa başlayıb – NARAHATLIQ DOĞURAN PROSESLƏR

FED.az xəbər verir ki,  bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, bundan başqa daha iki An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi də aerodroma eniş edib.

Qeyd olunub ki, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyəti və texnika təyyarələrdə yola salınıb.

Məlumatda o da bildirilib ki, sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrində 58 hərbi texnika Ermənistana gətirilib. (Apa)

Banner
Banner

Digər xəbərlər