Qanunsuz erməni silahlı dəstələri Qarabağda silah daşımağa davam edirlər.
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin - 4 ÜZVÜ ÖLDÜRÜLDÜ
FED.az xəbər verir ki, onların silah daşımaları Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirilir.
Bununla bağlı ən son yayılmış görüntüdə Xankəndi - Kərkicahan yolu ilə silah daşındığı üzə çıxıb.
Mövzu ilə bağlı danışan politoloq Züriyə Qarayeva deyir ki, Azərbaycanın sülhə yönəlik ciddi addımlarının qarşılığında Ermənistanın bu cür təxribatlara əl atması sülh prosesini pozmaq məqsədi güdür. Rəsmi İrəvan sülh gündəliyi ilə heç cür uzlaşmayan belə riyakarlığa rəvac verir.
Sülhməramlıların erməni silahlı dəstələrinin qanunsuz silah daşımasına şərait yaratmaları isə onu göstərir ki, bu kontingent üzərinə düşən öhdəlikləri yerinə yetirmir.
''Qarabağdakı sülhməramlı kontingent belə qanunsuz əməllərə göz yummaqla özlərinə olan inamı da sıfıra endirirlər'', - deyə politoloq vurğulayıb. (Xezerxeber.az)