“Rəsmi Bakı Ermənistan tərəfinin tərk-silah edilməsi və qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir”.
Qarabağdakı qeyri-qanuni erməni silahlıları 6 ədəd zirehli texnika və 800 ədəddən çox atıcı silah - TƏHVİL VERİB
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
O bildirib ki, sentyabrın 22-dən etibarən Laçın və Ağdam ərazisindən keçən mövcud marşrutlar üzrə ərzaq, dərman və digər zəruri malların maneəsiz çatdırılması üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton ərzaq və dərman daşıyan 4 yük maşını Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi 50 tona əlavədir. Hazırda yerli əhali ehtiyac duyduqları hər şeylə təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də fəal iş davam edir”.
E.Əmirbəyovun sözlərinə görə, həm Ağdam, həm də Laçın yolu açıqdır: “Bu, Azərbaycanla Ermənistan arasında əldə olunan əsas razılaşmadır. İndi biz oradakı dinc əhalidə inam yaratmalıyıq ki, onlar lazım olan hər şeylə təmin olunacaqlar. Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır”.
Prezidentin nümayəndəsi Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda keçirilən görüşə də münasibət bildirib: “Biz dinc yolla reinteqrasiya, həmçinin ermənilərin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etdik”. (Report)