Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsinə başlayıb.
Ermənilər döyüş mövqelərini tərk edir - VİDEO
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 22-dək qanunsuz erməni silahlıları 6 ədəd zirehli texnika, 800 ədəddən çox atıcı və tank əleyhinə silah, 5000-ə yaxın döyüş sursatı təhvil verib.(İnterfaks-Azərbaycan)