Şərqi Zəngəzur iqtisadi rayonuna 2026- cı ilin sonuna qədər nə qədər sakinin köçürüləcəyi məlum olub. Təxminən 42 min sakinin köçürülməsi nəzərdə tutulub.
Bu ilin sonundan etibarən Şuşaya - 1 500 SAKİN KÖÇÜRÜLƏCƏK
FED.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva deyib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna 42 min sakinin köçürülməsi nəzərdə tutulur.
“Sakinlərin Zəngilan, Qubadlı və Cəbrayıl rayonuna köçürülməsi nəzərdə tutulub. ”, - deyə N. Qaracayeva qeyd edib. (Trend)