"Dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər".
Eləcə də bax: Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar - Buraxacaq
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Qarabağ Dirçəliş Fondunda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və kommersiya banklarının nümayəndələri ilə görüşdük, dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələlərini müzakirə etdik," - deyə o, qeyd edib. (Report)