Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi prosesi davam edir.
FED.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Qarabağdakı qeyri-qanuni erməni silahlıları 6 ədəd zirehli texnika və 800 ədəddən çox atıcı silah - TƏHVİL VERİB
Belə ki, qanunsuz erməni silahlı dəstələrinin çoxlu sayta avtomat, plomyot, minaatanlar və digər silah və sursatları təhvil verdikləri fotolarda əks olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib. (Trend)
***
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı silahlı erməni birləşmələri silah və sursatlarını təhvil verir.
FED.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin Teleqram bildirilib.
Qeyd edilib ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib. (Apa)