Qarabağ və işğaldan azad edilmiş digər ərazilərdə inşa edilən evlər o şəxslər üçün tikilir ki, köçüb o ərazilərdə yaşasın. Bu evləri bağ evi kimi əldə etməyə imkan verilməyəcək.
«Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər Qarabağda tiksinlər»
İlham Əliyevin yerli televiziyalara 2,5 saatlıq - GENİŞ MÜSAHİBƏSİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezident bildirib ki, o artıq bu barədə müvafiq qurumlara tapşırıq verib:
«Onu da mən bizim bütün aidiyyəti qurumlarımıza bildirmişəm ki, biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir».
Prezident bildirib ki, bu ərazilərdə daimi yaşamaq fikri olmayanlar, yəni sadəcə evinin olmasını istəyənlər evi dövlətdən deyil özəl şirkətlərdən ala bilərlər:
«Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir».
İlham Əliyev bildirib ki, Qarabağ və Zəngəzurda təkcə bu bölgənin sakinləri yaşamayacaq, istənilən şəcs bu ərazidə pulla ev alıb və ya torpaq alaraq ev tikib yaşaya bilər:
Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma, eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil».