İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi bu həftə başa çatır.
"Aqrar Sığorta"nın fermerlərə ödənişləri – 50%-Ə YAXIN ARTIB - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən 15 oktyabr tarixinədək qəbul ediləcək.
İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd (4368 ha), Xocalı (1500 ha) və Laçın (1008 ha) rayonlarında yerləşir. İnvestisiya layihəsinin istiqaməti bağçılıq və heyvandarlıq sahələrini əhatə edir.
İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.
Müsabiqə ilə bağlı ətraflı məlumatla https://shorturl.at/E4IvW səhifəsindən tanış olmaq olar.