Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 2023-2024-cü təsərrüfat ili üçün 81,6 min hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb.
Qarabağa 2021-2023-cü illərdə büdcədən 12,1 milyard manat ayrılıb
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
2022-2023-cü illərdə təsərrüfat ilində icarəyə verilmiş 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün həmin müqavilələrə xitam verilib.