Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə təqibən 32 mlrd. manat məbləğində vəsait tələb olunur. 2021-2023-cü illərdə dövlət büdcəsindən bu məqsədə 12,1 mlrd. manat vəsait ayrılıb.
"Gələn il Ağdama ilk köç başlanacaq"
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda bildirilir ki, 2023-cü ildə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilmiş, bu ərazilərdə Azərbaycan Ordusunun, fövqəladə hallar, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, ərazilərdə minatəmizləmə tədbirlərinin təşkil olunması, habele su, elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun qunulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub.
Ötən il dövlət büdcəsindən azad edilmiş ərzilərin yenidən qurulması üçün 5 milyard 588 milyon manat vəsait ayrılıb.