"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 483 daşınmaz əmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırılması başa çatıb".
Eləcə də bax: Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında bildirib.
"1 525 km avtomobil yolunun, 292 km elektrik, 45 km qazvə 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırması yekunlaşıb", - deyə o, qeyd edib.