Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub.
Ən çox hansı ölkələrin vətəndaşlarına iş icazələrinin verildiyi - AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2903 nəfər etibarlı iş icazəsinə malikdir.
Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların sırasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. (Report)