"Hazırda Qarabağ Dirçəliş Fondunun gələcək strategiyasının hazırlanması üzərində iş gedir".
Eləcə də bax: Qarabağ iqtisadi rayonunda kredit qoyuluşu - 238 Milyon Manata Çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, strategiya yaxın günlərdə Müşahidə Şurasının müzakirəsinə çıxarılacaq.
R.Hacıyev bildirib ki, Qarabağa böyük qayıdış dayanıqlı olmalıdır: "Azərbaycanın gələcəyi dayanıqlı gələcəkdir. Böyük qayıdış dayanıqlı məskunlaşmadan, iqtisadi reinteqrasiyadan asılıdır. Bütün bu prinsiplərin əsasında dayanıqlılıq durur. Dayanıqlılıq da birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəlidir".