2030-cu ilə qədər Qarabağ bölgəsində 150 minə yaxın iş yeri açılacaq.
Eldar Həmidov: "Qarabağda fəaliyyət göstərən sahibkarların 22 layihəsinə 32,3 milyon manat kredit verilib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda çıxışı zamanı deyib.
İş yerlərinin regionda bərpa və iqtisadiyyatın şaxələndirilməsinə kompleks yanaşmanın bir hissəsi kimi sənayenin geniş spektrini əhatə edəcəyi gözlənilir.
"Hökumət dövlət sektorunda, o cümlədən idarəetmə, təhsil və səhiyyə sahələrində 20-25 min nəfəri işə götürməyi planlaşdırır.
Kənd təsərrüfatının 15-17 min nəfərin işlə təmin olunması gözlənilir ki, bu da regionda ənənəvi əkinçilik və heyvandarlığın canlanmasına kömək edəcək", - o deyib.
Sahibkarlığa və yerli biznesə dəstək həmçinin 10 000-11 500 iş yeri yaradacaq.
Bundan başqa, o əlavə edib ki, qabaqcıl inkişaf zonalarından biri olan Ağdam Sənaye Parkı istehsal və logistika sektorlarında 5 minə yaxın iş yeri təmin edəcək.
Bölgənin mineral ehtiyatlarından istifadə mədənçıxarma və əlaqəli sənaye sahələrində 1500-2000 yeni iş yeri yaradacaq.
Mədəni irs obyektlərinin və təbii attraksionların bərpası planları çərçivəsində turizm 1000-1500 iş yeri yaradacaq.(Modern.az)