“Ağdam şəhərində 60 metr enində 2 küçə olacaq".
Eləcə də bax: Ağdamda əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq
FED.az xəbər verir ki, bunu Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Bundan başqa, onun sözlərinə görə, şəhərdə uzunluğu 79 km olmaqla xüsusi velosiped zolağı yaradılacaq.
“Burada həmçinin şəhər parkları və açıq məkanların əlçatanlığı 400 metr, meşə parklarının əhatə dairəsi isə 1 000 metr təşkil edəcək. Bu da insanların piyada həmin ərazilərə getməsinə şərait yaradacaq. Baş Plana uyğun olaraq Ağdam şəhərində 15 məktəb və uşaq bağçası olacaq. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr olacaq. Əhalinin hər 1 000 nəfərinə məktəblərdə 180 şagird yeri nəzərdə tutulub. Hər ümumtəhsil məktəbi 960 şagird yeri olmaqla hesablanıb”, - o qeyd edib.
E.Hüseynov həmçinin bildirib ki, Ağdamda özəl sektorun fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaq. (Report)