Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Burada ilk dəfə olaraq şəhər mərkəzinin necə qurulacağı açıqlanıb.
FED.az xəbər verir ki, təqdimatda bildirilib ki, şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub.
Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70% isə binalarda yaşayacaq. Bunun üçün 23 min mənzil olacaq.
Bu 70 min nəfər şəhərin ərizisinin 30%-də yerləşəcək, şəhərdə ən sıx yeri mərkəz olacaq.
Nəticədə Ağdamın mərkəzi – Ağdam şəhəri, Azərbaycanda Gəncə və Sumqayıtdan sonra ən sıx 3-cü şəhər olacaq.