Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik.
Prezident: "Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər"
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bildirib.
“Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı olduğunu qeyd edən Prezident deyib: “Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə - bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir”.