Ermənistanın baş naziri Nikol Paşinyan, Dağlıq Qarabağ məsələsinin hazırda diplomatik həlli yolunun olmadığını bildirib.
Eləcə də bax: Paşinyan Qarabağdakı döyüşlərin nəyin uğrunda getdiyini izah etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “TASS” agentliyinin verdiyi məlumata görə, “Dağlıq Qarabağ məsələsinin diplomatik həlli yolu yoxdur və uzun müddət olmayacaq. Təcrübə göstərir: Ermənistan üçün məqbul olan Azərbaycan üçün qəbuledilməzdir. Bu, diplomatik həll yolu haqqında danışmağın mənasız olduğunu göstərir, hər halda indiki mərhələdə”, – deyə Paşinyan “Facebook” səhifəsində yayımladığı videmesajda söyləyib.
“Bacaran hər kəs əlinə silah alıb mübarizə aparsın”, – baş nazir vurğulayıb.