Ermənistanın baş naziri Nikol Paşinyan, Dağlıq Qarabağ ərazisində təmas xəttindəki döyüşlərin bu ərazinin statusu uğrunda getdiyini açıqlayıb.
Eləcə də bax: Paşinyan Dağlıq Qarabağ münaqişəsini həll etməyin yeganə yolunu səsləndirdi
FED.az Banker.az-a itinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
Hökumət başçısı əlavə olaraq bildirib ki, Ermənistan “bu əraziləri təslim edib Dağlıq Qarabağın qeyri-müəyyən statusda qalmasına razılaşsaydı”, münaqişədən qaça bilərdi.
Onun sözlərinə görə, həmin ərəfələrdə Qarabağa hər hansı bir status vermək mümkün deyildi. Bunun üçün son fürsət, Paşinyana görə, 2011-ci ildə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin Kazanda keçirilən zirvə görüşündə əldən verilib.
“Müharibə Dağlıq Qarabağın statusu məsələsini həll edə bilərmi? Bəli, müharibədə müvəffəq olsaq”, – baş nazir əlavə edib.