Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsindəki gərginliyi və müharibə ilə bağlı vətəndaşların ruh düşkünlüyünü sübut edən daha bir açıqlama verib.
Eləcə də bax: Paşinyan: Hazırda Qarabağ məsələsinin diplomatik həlli yolu yoxdur
FED.az xəbər verir ki, Paşinyan rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib:
"Bəs bu gün belə insanlar varmı? Var! Sadəcə qoşulub onların yanlarında durmalıyıq".
Paşinyan "ya qələbə, ya da məğlubiyyət"dən başqa bir seçimin qalmadığını bildirib.
Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa, könüllülər sırasına qoşulmağa və Baş Qərargahın əmri altında hərəkət etməyə çağırıb.
Paşinyan çarəsiz qaldığını həmçinin məhv edilmiş "qəhrəmanları"nı yada salmaqla bir daha etiraf edib:
"Monte Melkonyan, Tatul Krpeyan, Vazgen Sarkisyan və başqaları indi yeni nəslə göydən baxırlar və onlardan birinci Qarabağ müharibəsi zamanı göstərdikləri fədakarlığı gözləyirlər". (Qafqazinfo)