Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği artıb.
Eləcə də bax: "Zəfər" yarmarkasında 64 min manatdan çox - PUL TOPLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, indiyədək fonda 64 611 281,3 manat yığılıb.
Beləliklə, ötən ayın müvafiq dövrü ilə müqayisədə fonda yığılan vəsaitin həcmində 1 028 093,13 manat artım olub.
Qeyd edək ki, oktyabrın 23-də fondda 63 583 188,17 manat məbləğində vəsait yığılmışdı.
Bununla yanaşı, fonda daxil olan vəsaitin 48 155 164,96 manatı xərclənib. Bu isə o deməkdir ki, son bir ay ərzində fond tərəfindən şəhid ailələri və qazilər üçün daha 3 646 603,48 manat vəsait sərf olunub.
Müqayisə üçün bildirək ki, ötən ayın 23-də fonda daxil olan vəsaitin xərclənən məbləği 44 508 561,48 manat təşkil edirdi.
Hazırda fondda 16 456 116,34 manat vəsait var.