“Bugünə qədər işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün müxtəlif sektorları əhatə edən 1 300-dən artıq müraciət qeydə alınıb”.
İşğaldan azad olunmuş ərazilərə I Böyük Qayıdış proqramı üzrə – İŞLƏR AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Bu müraciətlərin təqribən 55%-i xarici investor və bizneslərdən daxil olub. Xarici müraciətlər Avropa, Asiya və Amerika daxil olmaqla kifayət qədər geniş coğrafi landşaftı və 40-a yaxın ölkəni əhatə edir”, - deyə o, qeyd edib. (Report)