Əslən Laçın rayonundan olan hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında rayonda evlərin bərpa olunduğunu əks etdirən görüntülər paylaşıb.
Eləcə də bax: 900 min manatlıq tenderin nəticələri – AÇIQLANDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videoda evlərin yeni dizaynla təmir və bərpa olunduğu əks olunub.
“Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək...
Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daim şad olsun!”, - deyə Ə. Hüseynov qeyd edib.