Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Laçın rayonunun 245 ailəlik (birinci mərhələdə - 223 ailəlik) Zabux və 77 ailəlik (birinci mərhələdə - 73 ailəlik) Sus kənd yaşayış məntəqələrinin layihələndirilməsi” tenderinin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin qalibi “Azin Construction” MMC şirkəti olub. Şirkətlə 898 min 868 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Şəki Şəhər İcra Hakimiyyətinin 2 milyon 875 min 635 manat dəyərindəki “Şəki Şəhər İcra Hakimiyyəti üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması” (11.06.2022) tenderini qazanıb.